Batumidə media nümayəndələrinin etiraz mitinqi keçiriləcək
Batumidə media nümayəndələrinin etiraz mitinqi keçiriləcək

Bu gün Batumidə media nümayəndələrinin etiraz mitinqi keçiriləcək. Saat 15:00-da onlar Avropa meydanında toplaşacaqlar.

Rayonda fəaliyyət göstərən bütün mediaların jurnalistləri və operatorları aksiyada iştirak edəcəklərini elan edirlər.

Mitinq iştirakçıları birgə bəyanatla çıxış edəcək, jurnalistlərə və ümumilikdə vətəndaşlara qarşı zorakılıq faktlarına etiraz edəcək, xəsarət alan həmkarları ilə bir daha həmrəylik ifadə edəcəklər.