Batumidə, Mayakovski küçəsində yerləşən binanın sakinləri zəlzələ nəticəsində evdə yeni çatlar əmələ gəldiyini bildirirlər, meriya nümayəndəsinin sözlərinə görə, ailələri alternativ yaşayış sahəsinə köçürəcəklər

Zəlzələdən sonra Batumidə Mayakovski küçəsi 55 ünvanında yerləşən qəzalı binanın sakinləri binanı tərk ediblər. Onların sözlərinə görə, illərdir qəzalı evdə yaşayırlar, bu gün isə zəlzələ səbəbi ilə çatlar çoxalıb.

Binanın sakinləri təhlükəsiz yerə köçürülmələrini tələb edirlər. Onların sözlərinə görə, bir sıra aksiyalar keçiriblər, lakin nəticə olmayıb.

Batumi meriyasının nümayəndələri evin sakinləri ilə görüşüblər. Munisipal Xidmətlər İdarəsinin direktorunun müavininin sözlərinə görə, ailələr elə bu gün alternativ yaşayış sahəsinə köçürüləcəklər. İrakli Devadzenin sözlərinə görə, qəzalı binanın sakinləri üçün alternativ yaşayış sahəsi tikilir, lakin tikinti şirkəti üzərinə düşən vəzifəni sonadək yerinə yetirməyib və hüquqi dava davam edir.