Batumidə “Liberty Bank”ın filialında yanğın baş verib
Batumidə “Liberty Bank”ın filialında yanğın baş verib

 

“Liberty Bank”ın Batumidəki filialı yanıb. Yanğın səhər saatlarında Luka Asatiani və Parnavaz Mepe küçələrinin kəsişməsində yerləşən binanın birinci mərtəbəsində baş verib.

Mövcud məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bank inventarına ziyan dəyib. Hazırda yanğın söndürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Yanğının başvermə səbəbləri ilə bağlı istintaqa başlanılıb.