Batumidə, "Hopa bazarında" bir neçə ticarətçinin mağazasını bağladılar
Batuminin mərkəzi Hopa bazarı ərazisində yerləşən mağaza sahibləri, dükkanlarını bugün səhər bağlı gördülər.
Mağaza sahiblərinin dediyinə görə, bazar administrasiyası bir neçə gün bundan əvvəl onların vergilərini bahalandırdı və həmin məbləğləri mağaza sahibləri ödəyə bilmədikləri üçün, onlara xəbərdarlıq edilmədən dükkanları bağlandı.
“Heç olmasa xəbərdarlıq verəydilər. Mağazada satış şərtləri ilə kimsə maraqlanmır, mağazanın damı başımıza uçur, təmir edən yoxdur, amma pulu yaxşı tələb edirlər” – deyir ticarətçi Marina Kurşubadze.
Bazar administrasiyası isə, bəyan edir ki, ödənişlərinin bahalandığı barədə mağaza sahiblərinə bir neçə ay bundan öncə dəfələrlə xəbərdarlıq edildi. Bugün isə, bazar administrasiyası vergilərini ödəməyən mağazaları bağlamalı oldu.
Bazarın rəhbərliyi bəyan edir ki, bazarda mağaza işlətməyin verdi ödənişi auditin qərarı ilə müəyyənləşdirildi.