Batumidə “Gürcü Arzusu” və “Milli Hərəkat”ın tərəfdarları arasında qarşıdurma baş verib
Batumidə “Gürcü Arzusu” partiyasının konfransı başlamazdan əvvəl mübahisə baş verib.
Batumi teatrının həyətində “Milli Hərəkat” və “Gürcü Arzusu”nun fəalları arasında sözlü və fiziki qarşıdurma yaşanıb. Qarşıdurma “Milli Hərəkat”ın tərəfdarı Xatuna Beridze ilə “Gürcü Arzusu”nun aktivisti Qiorqi Qiorqadze arasında baş verib.
Xatuna Beridze teatr ərazisinə Mixeil Saakaşvilinin posteri ilə gəlib və hakim komandanın üzvlərini qatillər adlandırıb. Bu, Qiorqadzenin qıcıqlanmasına səbəb olub və mübahisə fiziki qarşıdurmaya çevrilib.
Vəziyyət bir neçə dəqiqə ərzində stabilləşib. Hazırda konfrans başlayıb, “Milli Hərəkat”ın tərəfdarları isə ərazidə qalırlar.