Batumidə güclü külək infrastruktura ziyan vurub, çoxillik ağacları kökündən qoparıb və bir neçə binanın damını uçurub
Batumidə güclü külək infrastruktura ziyan vurub, çoxillik ağacları kökündən qoparıb və bir neçə binanın damını uçurub

Batumidə dünən gecə saatlarında güclü külək əsirdi. Təbii fəlakət nəticəsində infrastruktura ziyan dəyib, külək çoxillik ağacları uçurub, bir neçə yüngül avtomobilə ziyan dəyib.

Güclü külək yaşayış binalarının dam örtüklərini uçurub, elektrik və küçə işıqlandırma dirəklərini, çoxillik ağacları və bələdiyyəyə məxsus avtobus dayanacaqlarını zədələyib.

Batumi meriyasının məlumatına görə, hazırda aradanqaldırma tədbirləri aparılır, yolların aşmış ağaclardan təmizlənməsi işləri operativ şəkildə yerinə yetirilir. Meriya xidmətləri fövqəladə rejimdə işləməyə davam edir.