Batumidə, dağıntılar altında qalmış avtomobildən azyaşlı uşağı çıxarıblar
Batumidə, dağıntılar altında qalmış avtomobildən azyaşlı uşağı çıxarıblar

 

Batumidə, dağıntılar altında qalmış avtomobildən azyaşlı uşağı çıxarıblar.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, uşağın vəziyyəti stabildir və ona təcili tibbi yardım qrupu yerindəcə kömək edəcək.

Yaşayış korpusundakı tikilmiş hissə bir az bundan əvvəl uçub. Hadisə təxminən yarım saat əvvəl baş verib. Mövcud məlumata görə, binada yaşayan sakinlər dağıntılar altında qalıblar, axtarış-xilasetmə işləri aparılır.

Hadisə yerinə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin əməkdaşları və təcili yardım qrupları səfərbər olunub.