“Silk Roud Qrup” Batumidə “Silk Taueri” Həmmaliyyələşdirmə Fondu ilə birlikdə inşa edəcək. Bu haqqda məlumatı və şərhləri Həmmaliyyələşdirmə Fondu yayır.
“Bizim qrupumuz artıq 10 ildən artıqdır ki, Gürcüstanda sərmayələri həyata keçirir və bu vaxta qədər Gürcüstan iqtisadiyyatının başqa başqa bölmələrində təxminən 600 milyon ABŞ dollarlıq sərmayə həyata keçirdik.
Bizim sərmayə fəaliyyətimizdə Acara bölgəsinin mühüm yeri var. Burada 90 milyon ABŞ dollarlıq sərmayə həyata keçirdik. O cümlədən “Redison” mehmanxanasında.
Qeyd etmək lazımdır ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə baxmayaraq, nə Tbilisidə, nə də Batumidə layihələr dayanmayıb və 2009-sa Tbilisidə və 2011-də Batumidə “Redison” mehmanxanasını açdıq. 2012-ci ildə bizim dəvətimiz ilə “Tramp Tauer” layihəsinin təqdimatı üçün, Gürcüstana Donald Tramp gəldi.
Cənab Tramp Gürcüstanı, Batumini və gələcək “Tramp Tauerin” yerini bəyəndi. Cənab Tramp prezident olduqdan sonra, reallıq dəyişdi. Biz birgə razılıqla müqaviləni dayandırdıq. Biz Acarada, Batuminin inkişafının yeni mərhələsi olan kompleksi tikmək istəyirik: “Silk Tauer” və həndəvər ərazi, mühit şəhərin vizit kartı olacaq.
Həmmaliyyələşdirmə Fondu bizim partnyorumuzdur və bu layihənin həmmaliyyələşdirməsində iştirak edəcəkdir” – Giorgi ramişvili bəyan edir.
Hazırda Silk Roud Qrup yerli və beynəlxalq banklarla danışıqlar aparır. 2o18-ci ildə ərazinin planlaşdırılması başa çatdırılacaqdır. 2019-cu ildə isə, “Silk Taueriin” bilavasitə tikintisinin başlanılması planlaşdırılır