Batumidə küçənin reabilitasiyası zamanı tapılan qədim qabı, fəhlə xəzinə olduğunu düşünüb və qırıb
Batumidə Tamari məhləsində tapılan qədim qabın fəhlə tərəfindən bilmədən qırılmasına görə, reabilitasiya işləri dayandırıldı, – bu barədə bəyanatı Batumi Meriyasının şəhər nəzarət xidmətinin rəhbəri Tengiz Petridze verdi.
“Reabilitasiya işləri dayandırıldı və arxeoloqların fikrini öyrənənə qədər davam etməyəcək. Tapılan qədim əşya qırıldı və bu fəhlənin diqqətsizliyi üzündən oldu”, – dedi Tengiz Petridze.
Həmin küçədə reabilitasiya işlərini keçirən şirkətin rəhbəri Aleksandre Bağaturianın bəyanatına görə, fəhlə qədim qabın xəzinə olduğunu düşünüb, onu gizlicə qırıb”
Tamari məhəlləsində hazırda arxeoloqlar çalışırlar.
Hadisə dünən baş verdi. Sosiyal şəbəkədə video-material yayılıb, hansında ki, fəhlə qədim qabı öncə daşla qırmağa çalışır, sonra isə onu ekskavatorla əzir.