Batumi zooparkındaki heyvanların bir hissəsi exinokokk xəstəliyinə yoluxub
Batumi zooparkındaki heyvanların bir hissəsi exinokokk xəstəliyinə yoluxub

Batumi zooparkındaki heyvanların bir hissəsi exinokokk xəstəliyinə yoluxub.

Üç ay bundan əvvəl zooparkda ölən lemurda laboratoriya yoxlanışı zamanı elə həmin xəstəlik aşkarlanmışdı.

Laboratoriya yoxlanışının nəticələri Çexiyadan və Moskvadan gəldi.

Hazırda zoopark ziyarətçilər üçün bağlı deyil. Zoopark rəhbərliyi bəyan edir ki, ziyarətçilər üçün təhlükə yoxdur, çünki heyvanlar qış volyerlərin içindədirlər və insanlarla ünsiyyətdə deyillər. Zoopark işçiləri isə, heyvanların yanına xüsusi sanitar normalarını qoruyaraq daxil olurlar.

Exinokokk parazitologiya xəstəliyidir. Heyvanla ünsiyyət zamanı o insana da yoluxa bilər və illər sonra özünü biruzə verə bilər.

2013-cü ildən Batumi Zooparkında 30-a qədər heyvan öldü.

Mütəxəssislərin dediyinə görə, heyvanların ölümünə uyğunsuz şərait səbəb olur.

Bu faktlardan sonra, may ayında Zoopark əməkdaşlarından biri Amiran Murvanidze işdən azad edildi və məsələ ilə bağlı hüquqi proses davam edir.

Zoopark direksiyasının bəyanatına görə, bu vaxt üçün zooparkadi problemlərin həlli üzrə çalışmalar davam edir. Ziyarətçilər üçün isə, heç bir təhlükə yoxdur.