Bu gündən etibarən Batumi və Kutaisiyə giriş-çıxışa qoyulan məhdudiyyət qaldırılıb. Gürcüstanın Baş nazirinin, Q.Qaxarianın da bildirdiyi üzrə, Tbilisi və Rustavi ilə bağlı qərar, həftə sonuna qədər, epidemioloji vəziyyətin gedişatından asılı olaraqdan veriləcək.
“Tbilisi və Rustavidə müəyyən məhdudiyyətlər qalır.Bu bir başa olaraq bitişik rayonlardakı epidemioloji vəziyyət ilə əlaqəlidir.Tbilisi və Rustavidə də bu günlərdə epidemiloji vəziyyətdən irəli gələrək müvafiq qərarlar verilmiş olacaq.Zənnimcə, Tbilisi və Rustavinin açılması məsələsinin həftə sonunadək müsbət şəkildə həllini tapacağına ümid edə bilərik”- deyə Q.Qaxaria bildirib.
Bununla yanaşı,Hökumət Administrasiyasından, Kutaisi və Batumidə giriş-çıxışa qoyulan məhdudiyyətin qaldırılmasına baxmayaraq, fövqəladə vəziyyət çərçivəsində tətbiq olunan digər məhdudiyyətlərin , o cümlədən komendant saatının da qüvvədə qalması bildirilir.
Müəllif: Sevinc Mustafayeva