Batumi və Kutaisidə yerdəyişmə ilə bağlı bütün tipli məhdudiyyətlər ləğv olunacaq
Batumi və Kutaisidə yerdəyişmə ilə bağlı bütün tipli məhdudiyyətlər ləğv olunacaq,- bu haqda Gürcütanın baş naziri Qiorqi Qaxariya bəyan etdi.
“Bilirsiniz ki, bir neçə həftə bundan əvvəl, məcburi olara tədbirlər həyata keçirildi və müəyyən böyük şəhərlər bağlanıldı. Batumi və Kutaisidə yerdəyişmə ilə bağlı məhdudiyyətlər ləğv olunacaq. Tbilisi və Kutaisidə müəyyən məhdudiyyətlər qüvvədə qalacaq. Bu, birbaşa qonşu şəhərlərdə mövcud epidemioloji vəziyyətlə bağlıdır.
Tbilisi və Rustavidə bu günlərdə epidemioloji vəziyyətdən irəli gələrək müvafiq qərar veriləcək. Düşünürəm ki, Tbilisi və Rustavinin açılması ilə bağlı qərarın həftənin sonuna kimi verilməsi haqqında ümidimiz olmalıdır”, – deyə Qiorqi Qaxaria bəyan etdi.