Müsəlman aləminin ən böyük bayramlarında biri olan Qurban Bayramını gürcü müsəlmanları da qeyd etdilər. Batumi Mərkəzi Məscidində möminlər günəşin çıxmasına qədər toplaşdılar. Bayram ibadətini Gürcüstan müftisi, Adam Şantiya ixra etdi. Möminlər bu gün də məscidə yerləşə bilmədilrə və onların böyük hissəsi namazə küçədə qıldı.
Qurban Bayramı zamanı müsəlmanlar Tanrıya qurban kəsirlər. Ətin böyük hissəsi dini mənsubiyyətindən asılı olmayaraq yiyəsizlərə, yetimlərə və qonşulara paylanılmalıdır. Bu gün möminlər bol-bol sədəqə verir, bir-birlərini şirniyyatlarla ziyafət edir, əcdadlarının məzarlarını ziyarət edirlər.
Qurban-Bayram Bibliya hekayəsi ilə bağlıdır. Övladı olmayan İbrahim Tanrı qarşısında söz verdi ki, əgər ona oğul verilsə, sevimli məxluqunu Rəbbə qurban verəcək. Onun həqiqətən də oğlu oldu və yuxuda gördü ki, oğlunu Tanrıya qurban kəsməli, minnətdarlığını bildirməli idi, İbrahim Tanrıya verdiyi vədindən dönmədi və oğlunu qurbangahın başına gətirdi. Ancaq Rəbb onun sədaqətinə əmin oldu və oğlunun yerinə qurban kəsməyə qoç göndərdi. Müsəlman dünyasında bu hadisə Qurban Bayramının əsası hesab olunur və bu günü Rəbbinə dördayaqlı ev heyvanını qurban verirlər. Beləliklə, müsəlmanlar üçün bu bayram Tanrıya bağlılıq ideyasına əsaslanır. Bayram üç gün davam edir.