Batumi limanında minaaxtaranlar işləyirlər
Batumi limanında minaaxtaranlar işləyirlər

 

Bir saatdan çoxdur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və minaaxtaranlar Batumi limanına səfərbər olunublar. Mövcud məlumata əsasən, onlar gəmilərdən birində mina axtarırlar.

Limanın Həmkarlar İttifaqı nümayəndəsinin jurnalistlərə verdiyi məlumata əsasən, naməlum şəxs liman rəhbərliyinə zəng edərək, çıxışı planlaşdıran gəminin minalanmış olduğunu bildirib, lakin bu, versiyalardan yalnız biridir. Liman hazırda bağlıdır.

Daxili İşlər Nazirliyində hələlik heç bir açıqlama verilməyib.