Batumi limanında qatarın vaqonu relsdən çıxıb, 4 avtomobilə ziyan dəyib
Batumi limanında qatarın vaqonu relsdən çıxıb, 4 avtomobilə ziyan dəyib

 
Batumi limanında qatarın vaqonu relsdən çıxıb, divar uçub, 4 avtomobilə ziyan dəyib.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bu vaxt üçün qatarın hansı səbəbdən idarəetməni itirməsi məlum deyil.

Batumi limanından şərh vermirlər.