Batumi limanında etiraz aksiyası davam edir, sərnişinlərin bir hissəsi artıq layneri tərk edib
Batumi limanı ərazisində etiraz aksiyası davam edir. Kruiz laynerinin sərnişinlərinin bir hissəsi artıq layneri tərk edib.
Aksiya iştirakçıları avtobuslara su butulkaları və yumurta atıblar, hərçənd polisin köməyi ilə onlar ərazini tərk edə biliblər.
Ərazidə vəziyyət bir neçə dəfə gərginləşib. Daha bir nəfər saxlanılıb.
Bundan əvvəl Daxili İşlər Nazirliyi Batumi limanı ərazisində keçirilən aksiyada doqquz vətəndaşın saxlanılması ilə əlaqədar məlumat yayıb.
Rusiya vətəndaşlarının olduğu kruiz laynerini Batumi limanında aksiya ilə qarşılayıblar.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində Palau bayrağı altında üzən “Astoria Grande” kruiz laynerinə sanksiya tətbiq edilmədiyini və dünyanın müxtəlif limanlarında sərbəst hərəkət etdiyini bildiriblər.