Batumi işlə təmin edilməyə dair böyük miqyaslı foruma ev sahibliyi edib.
Məşğulluğa Dəstək Dövlət Agentliyindən verilən məlumata əsasən, forumda 70-dən çox şirkət iştirak edib, 2000-dən çox vakant iş yeri təqdim olunub.
Onların verdiyi məlumata əsasən, vətəndaşlar istədikləri vakant yeri: restoran, sənaye, mehmanxana, tikinti, ticarət və nəqliyyat sahələrini seçmək imkanı əldə ediblər.
Forum Məşğulluğa Dəstək Dövlət Agentliyi və Acaranın Məşğulluq Agentliyinin təşəbbüsü ilə keçirilib.
Bu il foruma paralel olaraq ilk dəfə olaraq dövlət qurumları da öz xidmət və proqramlarını vətəndaşlara təqdim ediblər.
İşlə təmin etmə forumunda həmçinin yerli peşə kollecləri də təmsil olunmuşdu. Acaranın səhiyyə naziri, Acaranın Ali Şurasının Səhiyyə və Sosial Müdafiə Komitəsinin sədri və Batuminin vitse-meri forumda olublar. Məşğulluğa Dəstək Dövlət Agentliyi məşğulluq forumlarını ölkə üzrə keçirir. 2023-cü ildə ilk forum Zuqdididə keçirilib, Acaradan sonra isə may ayında məşğulluq forumuna Samtsxe-Cavaxeti ev sahibliyi edəcək.
Məlumatı Məşğulluğa Dəstək Dövlət Agentliyi yayır.