Batumi Dövlət Universitetinin yaxınlığında etiraz aksiyası keçirilir
Batumi Dövlət Universitetinin yaxınlığında keçirilən etiraz aksiyası bu gün yeniləndi.
Aksiya iştirakçıları “Rusiya qanununa yox”- şüarları səsləndirirdilər.
Aksiyada dörd ali təhsil müəssisəsinin tələbələri iştirak edir. Onlar etiraz əlaməti olaraq təhsil prosesinə boykot elan edirlər. Mühazirəçilərin bir hissəsi də aksiyaya qoşuldu.
Tələbələr bugün də Batumi küçələrində etiraz yürüşü planlaşdırırlar..