Batumi Beynəlxalq Hava Limanında “Batumi - 2022” tam miqyaslı təlimi keçirilib
Batumi Beynəlxalq Hava Limanında “Batumi-2022” tam miqyaslı təlimi keçirilib.
“TAV Georgia”nın məlumatında təlimin ssenaridə nəzərdə tutulmuş fövqəladə hallara uyğun olaraq iki mərhələdə baş tutduğu deyilir.
Qurumdan verilən məlumatda modelləşdirilmiş ssenarinin birinci mərhələsində təyyarənin partlaması təhlükəsi, belə ki, təyyarənin təcili enişi, eləcə də təbii fəlakət və yanğın, ikinci mərhələdə isə hava limanının yerüstü obyektlərində partlayıcı qurğudan istifadəyə cəhdin nəzərdə tutulduğu qeyd edilib.
“MMC “Batumi Airport” ; MMC “Sakaeronavigatsia” ; Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin Aviasiya Təhlükəsizliyi üzrə Batumi Şöbəsi; Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti; Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Bölməsi, Minatəmizləyənlər qrupu ; MMC “Chemi Ojaxis Klinika” və MMC “Batumi Təcili Tibbi Yardım Mərkəzi” tam miqyaslı təlimdə iştirak edib.
Tbilisi və Batumi beynəlxalq hava limanlarında tam miqyaslı təlimlər mütəmadi olaraq keçirilir. Təlimin məqsədi fövqəladə hallara cavab tədbirlərinin səmərəliliyini və müvafiq xidmətlərin nümayəndələrinin kvalifikasiyasını artırmaqdır” -deyə “TAV Georgia”da qeyd edirlər.