Batumi Avropanın ən yaxşı istiqamətləri iyirmiliyindədir
Batumi Avropanın ən yaxşı istiqamətləri iyirmiliyindədir

 
“European Best Destinations” səyahət platforması 2024-cü ilin ən yaxşı Avropa istiqamətlərini seçib. Milli Turizm Administrasiyasının məlumatına görə, Avropanın ən məşhur turistik yerləri ilə birlikdə Batumi ən yaxşı iyirmilikdədir. “European Best Destinations” platforması vasitəsilə dünyanın 172 ölkəsindən bir milyondan çox insan tərəfindən Avropanın ən yaxşı turizm istiqamətləri seçilib.

“Batumi ən trend istiqamətlər arasındadır, Barselona və Berlini unudun, Batumi daha heyrətamiz, həyəcanverici, əlçatan və ekzotikdir. Batumidə tarix müasirliklə qarışır, burada, Acara bölgəsində toxunulmamış təbiəti kəşf edəcəksiniz. Burada çimərlikdə günlərinizi keçirə bilərsiniz, gecə həyatını sevənlər üçün bura maraqlıdır. Acarada ailəniz və dostlarınızla yaxşı istirahət edəcəksiniz. Burada sizi romantik günlər gözləyir. Acarada siz bölgənin dadlı yeməklərini dadacaqsınız. Batumi səyahət hissidir, bu, bütün dünyada unikal və unudulmaz yerdir”-deyə Batumi haqqında “European Best Destinations” yazır.

Platformada Acaranın iqlimi, təbiəti, dağlıq Acara, Batuminin Nəbatat bağı, köhnə Batumi memarlığı və şəhərin həyat tərzi təsvir edilib.

“Batumi müxtəlif mədəniyyət və dinlərin məskənidir, ortodoks, katolik və erməni kilsələri, məscidlər və sinaqoqlar əsrlər boyu ahəngdar şəkildə mövcuddur, yaxşı olardı ki, biz bu həyat tərzini təqlid edək. Batumidə dənizin və dağların gözəl mənzərələri var, Acarada siz qədim mədəniyyət abidələrini, monastırlar, orta əsrlərə aid tağlı körpülər, gözəl göllər və orijinallığın qorunub saxlanıldığı kəndləri kəşf edə bilərsiniz, burada zamanda səyahət edəcəksiniz” – “European Best Destinations” yazır.