Batumi (Anqisa)-Axaltsixe yolunun 125-ci km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən verilən məlumatda, daxili dövlət əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 125-ci km-də nəqliyyatın hərəkətinin birtərəfli qaydada bərpa edildiyi deyilir.
İdarədən verilən məlumatda hazırda zədələnmiş yolun bərpası işlərinin davam etdirildiyi qeyd edilir.
Xatırladaq ki, Xulo-Zarzmi 2-ci yolunun tikintisi çərçivəsində torpaq-daş kütləsinin düşməsi və yolun hərəkət hissəsinin zədələnməsi təhlükəsi ilə əlaqədar olaraq , avqustun 16-sı axşam saatlarından etibarən sözügedən hissədə bütün növ avtomobillərin hərəkəti qadağan edilmişdi.