Batumi (Anqisa)-Axaltsixe yolunun 125-ci km-də hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib
Batumi (Anqisa)-Axaltsixe yolunun 125-ci km-də hər iki istiqamətdə nəqliyyatın hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin , Avtomobil Yolları Departamenti tərəfindən verilən məlumatda, həyata keçirilmiş bərpa işləri nəticəsində daxili dövlət əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe yolunun 125-ci km-də (Xulo-Zarzma hissəsində) hər iki istiqamətdə nəqliyyatın hərəkətinin bərpa edildiyi deyilir.

Xatırlatmaq istərdik ki, Xulo-Zarzma ikinci yolunun salınması çərçivəsində torpaq-qaya kütləsinin düşməsi və yolun hərəkət hissəsinin zədələnməsi təhlükəsi ilə əlaqədar olaraq, sözü gedən ərazidə bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq qadağan edilmişdi.