Basketbol | Gürcüstan komandası yoldaşlıq görüşündə Misirə uduzub #1TVSPORT
Basketbol | Gürcüstan komandası yoldaşlıq görüşündə Misirə uduzub #1TVSPORT

Gürcüstanın basketbol komandası yoldaşlıq görüşündə Misir millisi ilə üz-üzə gəlib.

Rəqiblərimizin üstünlüyü ilə keçən oyun nəticədə də özünü büruzə verib və Misir millisi 81:76 hesabı ilə qalib gəlib.

Xatırladırıq ki, Gürcüstan basketbol komandası avqustun 25-dən sentyabrın 10-dək Yaponiya-İndoneziya-Filippində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Gürcüstan millisi Sloveniya, Kape Verde və Venesuelanın qrupuna düşüb. Bütün bu qarşılaşmalara Yaponiyanın Okinava adası ev sahibliyi edəcək.