Baş prokurorun seçilməsi qaydasından bəhs edən konstitusiya qanun layihəsi sabahkı plenar iclasda müzakirəyə çıxarılacaq
Baş prokurorun seçilməsi qaydasından bəhs edən konstitusiya qanun layihəsi sabahkı plenar iclasda müzakirəyə çıxarılacaq

 

Baş prokurorun seçilməsi qaydasından bəhs edən konstitusiya qanun layihəsi sabahkı plenar iclasda müzakirəyə çıxarılacaq.

Bu gün Hüquq Məsələləri Komitəsinin iclasında “Gürcüstan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Gürcüstan Konstitusiya qanununun layihəsi səsə qoyulub.

Konstitusiya qanun layihəsini “Gürcü Arzusu”nun nümayəndələri dəstəkləyiblər, Pridon İncia isə əleyhinə səs verib. “Xalqın Gücü” hərəkatının nümayəndəsi Quram Macharaşvili bildirib ki, onun partiyası hüquq komitəsində qanun layihəsini şərtlə dəstəkləyir, lakin onlar sessiyaya qədər məsləhətləşmələrdən keçəcəklər və sonra dəyişiklikləri dəstəkləyib-dəstəkləməməyə qərar verəcəklər.

Levan İoseliani səsvermədə iştirak etməyib, lakin o, qanun layihəsinə qarşı çıxır.

Hüquq Məsələləri Komitəsinin bugünkü iclasında müxalifət iştirak etməyib.