Marneuli meri Temur Abbazov həbs edilib.
Bu barədə məlumatı Birinci Kanala Gürcüstanın Baş Prokurorluğu təsdiqlədi.
Məsələ ilə bağlı başqa məlumat prokurorluqdan verilmir.
Abbazov dünən gecə saatlarında prokurorluqda sorğudaydı, ondan sonra isə, Birinci Kanalın əldə etdiyi məlumata görə, prokurorluq onu həbs etməyə qərar verdi.
Temur Abbazovun həbs edilməsi, ehtimala görə, Marneulidə baş verən faktla bağlıdır.
Marneuli vətəndaşı E.A.-ya qarşı qrup şəklində edilən qeyri-insani və işgəncə faktı ilə bağlı istintaq aparır.