Baş prokurorluq xüsusi əməliyyat zamanı həbs edilən şəxslə bağlı bəyanat yayır
Baş prokurorluq Beri Qabriel Salosi küçəsində həyata keçirilən xüsusi əməliyyat zamanı həbs edilən şəxlə bağlı bəyanat yayır.
Prokurorluğun bəyanatına görə, beynəxalq terorist təşkilatı ilə əməkdaşlıq etmək və odlu silah və partlayıcı maddələr satmaq və saxlamaq suçu ilə, Gürcüstanın Dövlət Təhlükəsizliyi xidmətinin kontr-terorist departamentinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həbs edilən xarici ölkə vətəndaşına qarşı, Gürcüstanın cinayət məcəlləsinin 323-cü və 328-ci maddələri ilə cinayət işi qaldırıldı.
Prokurorluğun bəyanatına görə, istinataqla məlum oldu ki, həbs edilən şəxs, ona yardım edən digər iki nəfərlə bərabər Qabriel Salosi küçəsində yerləşən binaların birində, kirayə ilə ev tutdu, harda ki, onlar böyük sayda partlayıcı maddə və odlu silah saxlayırdılar.
Xüsusi əməliyyat zamanı polisə müqavimət göstərən kriminallardan ikisi polis qüvvələri tərəfindən öldürülüdü, bir nəfəri isə həbs edildi. Həbs edilən şəxsə, Gürcüstanın cinayət məcəlləsinə əsasən, 10-dan 17-yə qədər həbs cəzasının verilməsi ehtimal olunur.
Qeyd olunan işlə bağlı istintaq davam edir.