Baş nazirin rəhbərliyi ilə "Mikrobankların fəaliyyəti haqqında" Gürcüstan qanunu layihəsinin müzakirə edildiyi hökumət iclası keçirilib
Baş nazirin rəhbərliyi ilə "Mikrobankların fəaliyyəti haqqında" Gürcüstan qanunu layihəsinin müzakirə edildiyi hökumət iclası keçirilib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə “Mikrobankların fəaliyyəti haqqında” Gürcüstan qanunu layihəsinin müzakirə edildiyi hökumət iclası keçirilib-bu barədə baş nazirin mətbuat xidməti məlumat yayır.

Onların verdiyi məlumata görə, qanunvericilik təşəbbüsünə əsasən, əməliyyat xərclərinin yüksək olması səbəbindən kommersiya banklarının marağının nisbətən aşağı olduğu sektorda fəaliyyət göstərəcək mikrobank formasında maliyyə institutu yaradılacaq.

“Mikrobankın qanunla müəyyən edilmiş mandatı sahibkarlıq və kənd təsərrüfatı sahələrini kreditləşdirmək, bununla da əhalinin, xüsusən də regionlarda maliyyə resurslarına çıxış imkanlarını artırmaqdan ibarət olacaq.

Həmçinin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili “Gürcüstanın 2022-2025-ci illərin Yol Təhlükəsizliyi Milli Strategiyası və 2022-2023-cü illər üçün Fəaliyyət Planı”nı təsdiq üçün hökumətə təqdim edib.

Yol hərəkəti təhlükəsizliyinin idarə edilməsinin effektivliyinin artırılması, yol hərəkəti iştirakçılarının davranışının təkmilləşdirilməsi, təlükəsiz yol infrastrukturu, avtonəqliyyat vasitələrinin təhlükəsizlik keyfiyyətinin yaxşılaşdırılması, sürətli və effektiv tibbi yardımın təmin edilməsi strategiyanın əsas məqsədləridir.

Hökumətin bugünkü iclasında Nazirlər Kabineti gündəmdə nəzərdə tutulan 6 məsələni müzakirə edib”-deyə baş nazirin mətbuat xidmətindən bildirilib.