Baş nazirin rəhbərliyi ilə hökumət aparatında İqtisadi Şuranın iclası keçirildi
Baş nazirin rəhbərliyi ilə hökumət aparatında İqtisadi Şuranın iclası keçirildi

Baş nazir, İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət aparatında İqtisadi Şuranın iclası keçirildi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Şura üzvləri ölkədə mövcud iqtisadi tendensiyaları, həmçinin cari və planlaşdırılan layihələri müzakirə ediblər.

Diqqət 2023-cü il büdcəsində nəzərdə tutulan layihə və proqramlara yetirildi. Gələn ilin əsas maliyyə sənədində turizm infrastrukturunun inkişafı istiqamətində nəzərdə tutulan layihələrin əhəmiyyəti xüsusilə qeyd olundu.

Qeyd edildi ki, bölgədə və dünyada yaranmış vəziyyətə baxmayaraq, ölkədə ikirəqəmli iqtisadi artım var və hökumətin iqtisadi komandası mövcud müsbət tendensiyanın qorunub saxlanması üçün fəal işini davam etdirir.