Baş nazirin rəhbərliyi ilə Hökumət Administrasiyasında iqtisadi şuranın iclası keçirilib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında iqtisadi şuranın iclası keçirilib.
Şura üzvləri 2023-cü ilin büdcəsinin prioritet istiqamətlərini müzakirə ediblər. 2023-cü ilin büdcəsində sosial müdafiə proqramlarının maliyyələşdirilməsi, eləcə də iqtisadi artımın təşviqi üçün maliyyələşmənin artırılacağı qeyd olunub .
Bununla yanaşı, şura üzvləri ölkədə iqtisadiyyatda müşahidə olunan cari müsbət tendensiyaları nəzərdən keçiriblər və yeni iqtisadi təşəbbüsləri müzakirə ediblər.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.