Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi
Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi

Baş nazir, İrakli Ğaribaşvilinin  rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi.

Şura üzvləri ölkədə mövcud iqtisadi tendensiyaları, o cümlədən həyata keçirilən və planlaşdırılan layihələri, hökumətin yeni təşəbbüslərini iş rejimində müzakirə etdilər.

İclasda Acara Muxtar Respublikası Hökumətinin sədri, Tornike Rijvadze Şura üzvlərinə Batumidə həyata keçirilən və planlaşdırılan infrastruktur layihələri barədə məlumat çatdırdı.

Qeyd edildi ki, dünyada yaranmış vəziyyətə baxmayaraq, ölkədə ikirəqəmli iqtisadi artım var və hökumətin iqtisadi komandası qeyd olunan tendensiyanın qorunub saxlanması üçün bundan sonra da aktiv fəaliyyət göstərəcək.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.