Baş nazirin rəhbərliyi ilə fəaliyyətdə olan İqtisadi Şuranın tərkibi genişləndirilib
Baş nazirin rəhbərliyi ilə fəaliyyətdə olan İqtisadi Şura yenilənmiş formatda işini davam etdirəcək.
Baş nazirin mətbuat xidmətindən verilmiş məlumatda qeyd edildiyi üzrə, şuranın tərkibi genişləndirilib və onun fəaliyyətində hökumət üzvləri ilə yanaşı, parlament üzvləri, Hökumət Administrasiyasının nümayəndələri və biznes ombudsmanı iştirak edir.
Baş nazir İrakli Kobaxidzenin qeyd etdiyi kimi, İqtisadi Şuranın tərkibinin genişləndirilməsi koordinasiyanı yaxşılaşdıracaq və vacib məsələlərin müzakirəsində bütün zəruri tərəflərin iştirakına kömək edəcək.
Yenilənmiş tərkibdə ilk dəfə toplaşan şura iqtisadi artım baxımından cari ildə əldə olunan nailiyyətləri və böyük infrastruktur layihələrinin icrası prosesini müzakirə edib. Şura üzvləri gələcək üçün nəzərdə tutulan layihələri və investisiya təşəbbüslərini də müzakirə ediblər.
İqtisadi Şura formatında gələcəkdə qanunvericilik təşəbbüslərində öz əksini tapacaq müəyyən struktur islahatları razılaşdırılıb.