Baş nazirin mətbuat xidməti İrakli Ğaribaşvilinin Şovidəki fəlakət zonasından video və foto materialını paylaşır
18:57, 04.08.2023
İrakli Ğaribaşvili Racada, Şovidəki fəlakət zonasına baş çəkib.
Hökumət başçısı mövcud vəziyyət, aparılan xilasetmə işləri və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə tanış olub.
Baş nazir parlamentin sədri, parlament üzvləri və Şovi Fəlakətin Nəticələrinin Likvidasiyası üzrə Fövqəladə Hallar Qərargahının üzvləri ilə birlikdə fəlakət bölgəsində olub.