Baş nazirin mətbuat xidməti qanunsuz həbsdən azad edilən Zaza Qaxeladzenin qarşılanması video kadrlarını yayır

Baş nazirin mətbuat xidməti mərkəzi hakimiyyətin nəzarət etdiyi ərazidə qanunsuz həbsdən azad edilən Zaza Qaxeladzenin qarşılanması video kadrlarını yayır.

İşğal rejiminin qanunsuz həbsindən azad olunan Zaza Qaxeladzeni Erqnetidə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili, Daxili İşlər naziri, Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Qriqol Liluaşvili qarşıladılar.

İşğal rejimi tərəfindən yaxalanan Zaza Qaxeladzeni qanunsuz həbsdən bu gün azad etdilər.

Kaspi Bələdiyyəsinin Kvemo Çala kənd sakini Zaza Qaxeladze, 2020-ci il 11 iyul tarixində Sxvilo həbsxanasının yaxınlığında ayağından yaralandığı zaman işğalçı qüvvələr tərəfindən saxlanlmışdı. De-fakto hökuməti, sərhədləri pozmaqla yanaşı, Zaza Qaxeladzeni hərbi qulluqçunu öldürməyə çalışmaqda da günahlandırıldı. Bu il 5 fevralda işğal altındakı Tsxinvali məhkəməsi Zaza Qaxeladzeni 12 il altı ay qanunsuz həbs cəzasına məhkum etdi.