Baş nazirin hesabatı üzrə siyasi debatlar 28 iyunda davam edəcək
Baş nazirin hesabatı üzrə siyasi debatlar 28 iyunda davam edəcək

Baş nazirin hesabatının dinlənilməsi prosedurları gələn həftənin bazar ertəsi, 28 iyunda davam edəcək.

Plenar iclasda bu vaxt üçün İrakli Ğaribaşvili dəqiqləşdirici suallara cavab verdi. Bundan sonra siyasi debatlar başlamalı idi, haıbuki Parlamentin sədri, Kaxa Kuçava bəyan etdi ki, bütün siyaso qrup debatlarda iştirak etmək istəyir və bu gün çatdırıla bilməz, çünki reqlamentə müvafiq olaraq, yaz sessiyası iyunun son cümə günü, bu gün saat 00:00-a qədər bağlanmalıdır.

Deputatlar dövlət himni fonunda yaz sessiyasını bağladılar. Kaxa Kuçava bəyan etdi ki, 28 iyunda növbədənkənar iclas çağırılacaq və bunun üçün prezidentə müraciət etdi.

Prosedura müvafiq olaraq, siyasi debatlar qalıb, bu formatda da siyasi qüvvələr çıxış edə biləcəklər. Bu prosedurun tükənməsindən sonra isə, baş nazir yekunlaşdırıcı nitqlə çıxışdan istifadə edə bilər.

Parlamentdə İrakli Ğaribaşvilinin dinləməsi təxminən səkkiz saat ərzində aparılırdı. Baş nazirə sualla 70 deputat müraciət etdi.