Baş nazirin qərarıyla, inzibati orqanlarda çalışan işçilər üçün yanvarın 5-i də daxil olmaqla qeyri-iş günləri elan edilib
Gürcüstanın Baş nazirinin qərarına əsasən, inzibati orqanlarda işləyənlər üçün 2024-cü ilin yanvarın 3-dən yanvarın 5-i də daxil olmaqla qeyri-iş günləri müəyyən edilib- bu barədə Gürcüstan hökumətinin bugünkü iclasından sonra açıqlanıb.
Hökumətin mətbuat xidməti Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin artıq müvafiq sərəncamı imzaladığına dair məlumat verib.
Bununla yanaşı, sərəncama əsasən, inzibati orqan tabeliyində olan/sisteminə daxil olan və funksiyalarının yerinə yetirilməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət daşıyırsa, bu qərarın şamil edilməyəcəyi xidmətləri/işçiləri müəyyən edir.
“Sərəncam Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, eləcə də “Dövlət satınalmaları haqqında” Gürcüstan qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir” – deyə hökumətin mətbuat xidməti açıqlama verib.