Baş nazirin qərarı ilə, dini təşkilatların maliyyələşdirilməsi milyon lari ilə artırıldı
Baş nazirin qərarı ilə, dini təşkilatların maliyyələşdirilməsi milyon lari ilə artırıldı

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin qərarı ilə, dini təşkilatların maliyyələşdirilməsi milyon lari ilə artırıldı. Dini birləşmələrə sovet totalitar rejimi zamanı vurulan maddə və mənəvi ziyanın qismən ödənilməsi məqsədilə, 2022-ci ilə qədər mövcud 4,5 milyon lari əlavə olundu.

Baş nazirin qeyd olunan qərarını dini təşkilatlar liderlərinə Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri, Zaza Vaşağmadze hökumət administrasiyasında keçirilən görüşdə tanış etdi.

Dini birləşmələr nümayəndələri baş nazirə maliyyələşdirmənin artırılması üçün təşəkkürlərini bildirdilər bə qeyd etdilər ki, bu onlar üçün əhəmiyyətli qərardır.

Gürcüstan hökuməti dini təşkilatlar üçün maliyyələşdirmənin artırılması zamanı bir neçə mühüm məsələni əldə rəhbər tutdu, o cümlədən dini təşkilatların möminləri, dini şəxsləri və dini tikintilərin sayını və qərarı agentlik və dini birləşmələrlə məsləhətləşmələr nəticəsində qəbul etdi. Məbləğ – bir milyon lari, Gürcüstan hökumətinin ehtiyat fondundan ayrıldı və onu dini təşkilatlara Dini məsələlər üzrə Dövlət Agentliyi bölüşdürəcək.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.