Baş nazirin əmrilə müdafiə qüvvələri Ğvareli Munisipalitetində yanğınsöndürmə işlərinə qoşulacaq
Baş nazir İrakli Ğaribaşvilinin əmrilə Gürcüstanın Müdafiə Qüvvələri Ğvareli Munisipalitetində yanğınsöndürmə əməliyyatlarına qoşulacaq. Hökumət başçısı tərəfindən müvafiq sənəd artıq imzalanıb.
“Gürcüstan Konstitusiyasının 72-ci maddəsinin 2-ci bəndi və “Gürcüstan hökumətinin struktur, səlahiyyətlər və fəaliyyət qaydası haqqında” Gürcüstan qanununun 8-ci maddəsinin 2-ci bəndinin “N” yarımbəndi əsasında, Ğvareli Munisipalitetində , təbii fəlakətin aradan qaldırılması məqsədilə yanğınsöndürmə tədbirlərinin effektiv həyata keçirilməsi üçün Gürcüstanın Müdafiə Qüvvələrindən istifadə olunsun”- deyə baş nazirin sərəncamında bildirilir.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.