Baş nazir və xarici işlər naziri parlamentdə martın 24-də interpelyasiya qaydası ilə dinləniləcək
Baş nazir və xarici işlər naziri parlamentdə martın 24-də interpelyasiya qaydası ilə dinləniləcək

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və xarici işlər naziri İlia Darçiaşvili cümə günü, martın 24-də parlamentdə interpelyasiya qaydası ilə dinləniləcək.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament bürosunun bugünkü iclasında açıqlayıb.

O, martın 23-də “Nazir saatı” formatında maliyyə nazirinin dinlənilməsinin planlaşdırıldığını bildirib.

“Cari həftənin təxmini cədvəli barədə sizə məlumat verəcəyəm. Sabah ənənəvi olaraq siyasi açıqlamalar olacaq, daha sonra isə qanun layihələrinin müzakirəsi. Çərşənbə günü layihələrlə yanaşı, Rabitə Komissiyasının hesabatı dinləniləcək. Həmçinin, komitələrdən qalan nə varsa, hesabat təqdim etmələrini xahiş edirik. Cümə axşamı maliyyə nazirinin saatı, cümə günü isə baş nazirin və xarici işlər nazirinin interpelyasiyaları olacaq”- deyə Şalva Papuaşvili qeyd edib.