Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Türkiyənin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan ilə görüşdü. Səfirin vida görüşündə iki ölkə arasında mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olundu.
Danışıqlarda bölgədəki vəziyyət, sülh və sabitliyin dəstəklənməsi zərurəti müzakirə olundu. Sülh və sabitliyin bölgənin inkişafı və uzunmüddətli firavanlığı üçün ilkin şərt olaraq qaldığı xüusisilə qeyd olundu.
Həmçinin, görüşdə baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə irəli sürülən “Cənubi Qafqazda Sülh Qonşuluq Təşəbbüsü” müzakirə olundu. Qeyd olundu ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlıq və birgəyaşayışın tərəfdarı olub və bölgə dialoqa yardım etməyə hazırdır.
Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq müzakirə olundu. Qeyd olundu ki, mövcud bölgə layihələr Gürcüstan və Türkiyə arasında səmərəli strateji əməkdaşlığın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.
Hökumət başçısı Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsində göstərdiyi səylərə görə, türk diplomatına minnətdarlığını bildirdi və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzuladı.