Baş nazir Rəqabət Agentliyinə müraciət edərək, yanacağın qiymətləri ilə bağlı mövcud vəziyyətə dair mayın 15-dək hesabat təqdim etməyə çağırıb
Baş nazir Rəqabət Agentliyinə müraciət edərək, yanacağın qiymətləri ilə bağlı mövcud vəziyyətə dair mayın 15-dək hesabat təqdim etməyə çağırıb

 

Baş nazirin təşəbbüsü ilə Rəqabət Agentliyi yanacağın qiyməti baxımdan bazardakı mövcud vəziyyəti müşahidə edəcək və mayın 15-dək İqtisadi Şuraya hesabat təqdim edəcək. Bu barədə məlumatı hökumət administrasiyası yayır.

Onların verdiyi məlumata əsasən, bu barədə qərar İrakli Ğaribaşvilinin rəhbərliyilə bu gün Hökumət Administrasiyasında keçirilən İqtisadi Şuranın iclasında qəbul edilib. Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze şuranın üzvlərinə avtomobil yanacağının qiymətləri ilə bağlı son üç ayın hesabatını təqdim edib. Hesabatın müzakirə edilməsi nəticəsində, idarənin bazarda sağlam rəqabətin təşviqi üçün hərtərəfli tövsiyələr hazırlamaq məqsədilə yanacaq bazarında monitorinqi davam etdirməsinə dair qərar qəbul edilib.

Bununla yanaşı, şuranın üzvləri əczaçılıq bazarında gedən prosesləri müzakirə ediblər. Milli Rəqabət Agentliyinin rəyi əsasında islahatların fəal şəkildə həyata keçirilməsi, islahatlar nəticəsində vətəndaşlar üçün ən çox tələbat görən medikamentlərin ucuzlaşması prosesinin göz önündə olması faktı müsbət qiymətləndirilib. Baş nazirin təşəbbüsü ilə Türkiyə bazarının açılmasının dərman vasitələrinə çıxışı xeyli asanlaşdırdığı qeyd olunub, Türkiyədən idxal olunmuş 250-dən çox medikamenti 70-80% ucuz qiymətə almaq mümkündür. Bununla yanaşı, elektron və generik reseptlər sistemi tətbiq edilib ki, bu da əczaçılıq bazarının şəffaflığına öz töhfəsini verir.