Baş nazir Qubernatorlara regionda mövcud olan vəziyyətləri daha effektiv şəkildə idarə etməyi tapşırdı
Baş nazir Qubernatorlara regionda mövcud olan vəziyyətləri daha effektiv şəkildə idarə etməyi tapşırdı

Gürcüstanın baş naziri Giorgi Qaxaria Qubernatorlara regionda mövcud olan vəziyyətləri daha effektiv şəkildə idarə etməyi və mövcud olan çağırışlara operativ və sərt reaksiya göstərməyi tapşırdı.

Baş nazir müvafiq requlyasiyaların yerinə yetirilməsinin sərt nəzarət edilməsini tələb etdi ki, epidemioloji vəziyyətin stabilizasiyası baxımından əldə edilən nailiyyətlər yenə təhlükə altında olmasın.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, bugün iqtidar administrasiyasında keçirilən görüşdə qubernatorlar baş nazirə munisipalitetlərdə mövcud olan epidemioloji vəziyyətlə bağlı detallı məlumat verdilər.