Baş nazir müxalifətə müraciət edib- əgər iki ay əvvəl sizə inanıb Rusiyaya milli səviyyədə iqtisadi sanksiyalar tətbiq etsəydik, bu gün nə vəziyyətdə olardıq, vətəndaşlara cavabınız var mı?
Birinci rübdə 14,4% iqtisadi artım qeydə alındı, valyutamız möhkəmlənməkdə davam edir, turizm, ixracat artır, bütün sahələrdə irəliləyişimiz var, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə hökumət başçısının interpelyasiya qaydası ilə dinlənildiyi parlamentdə bildirib.
Hökumət başçısı müxalifətə Gürcüstanın Rusiyaya qarşı milli səviyyədə iqtisadi sanksiyalar tətbiq etməsi halında, ölkənin hansı vəziyyətdə ola biləcəyini təsəvvür edib-etmədiklərinə dair sual ünvanlayıb.
“Sizdən soruşuram təsəvvür edin ki , biz iki ay bundan əvvəl bu cəfəngiyyatı etsəydik, sizə inanaraq Rusiyaya qarşı milli səviyyədə iqtisadi sanksiyalar tətbiq etsəydik, indi nə vəziyyətdə olardıq, bununla bağlı təəssüratınız və vətəndaşlara verə biləcəyiniz cavabınız var mı ? Biz sizin motivasiyanızı da yaxşı başa düşürük, lakin mən sizə bir şey deyim- fərqliliklərə baxmayaraq, bizim əsas vəzifəmiz ölkəmizin maraqlarını qorumaq olmalıdır, təəssüf ki, əksinə biz bunu sizdən görmürük” – baş nazir müxalifətə deyib.