Baş nazir Milli Təhlükəsizlik Şurası aparatı rəhbəri olaraq Qivi Tumanişvilini təyin etdi
Baş nazir Milli Təhlükəsizlik Şurası aparatı rəhbəri olaraq Qivi Tumanişvilini təyin etdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Milli Təhlükəsizlik Şurası aparatı rəhbəri olaraq Qivi Tumanişvilini təyin etdi.

Hökumət başçısı Milli Təhlükəsizlik Şurası aparatının yeni rəhbərinə uğurlar arzuladı və Milli Təhlükəsizlik Şurası aparatının əhəmiyyətinə xüsusi diqqət yetirdi.

Givi Tumanişvili 2019-cu ildən Gürcüstan Kəşfiyyat Xidmətində Analitik İdarəsinin rəisi idi, bundan əvvəl isə, Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Departamentində müxtəlif vəzifələrdə işləyirdi. Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini bu günə qədər Serqo Turmanidze icra edirdi.

Milli Təhlükəsizlik Şurasının əməkdaşları Milli Təhlükəsizlik Şurasının fəaliyyətinin informasiya-analitik və təşkilati təminatını həyata keçirirlər. Şuranın əməkdaşlarının əsas fəaliyyət istiqamətləri həmçinin təhlükə və çağırışların müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili və proqnozlaşdırılmasıdır; Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyətin monitorinqi və təhlili; Təhlükəsizlik sahəsində milli səviyyəli konseptual sənədlərin hazırlanması prosesinin təşkili və əlaqələndirilməsi; Sürətli məlumat mübadiləsini və yüksək keyfiyyətli analitik məhsulun yaradılmasını asanlaşdırmaq üçün müvafiq qurumlarla gündəlik əməkdaşlıq etmək; Şuranın iclaslarının və müvafiq protokolların hazırlanması; Gürcüstanın baş naziri tərəfindən milli vəziyyət otağının fəaliyyətini təmin etmək üçün milli maraqları təhdid edən böhran vəziyyətini idarə etmək və müxtəlif istiqamətlərdə konkret layihələri əlaqələndirmək dir.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.