Gürcüstanın Baş naziri İrakli Kobaxidze kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze ilə görüşüb.
Şalva Lomidze baş nazirə agentliyin həm operativ, həm də analitik istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib.
Baş nazir və kəşfiyyat xidmətinin rəhbəri həmçinin 2024-cü ildə xidmətin inkişaf prioritetlərini, o cümlədən planlaşdırılan beynəlxalq layihələri, kəşfiyyat-texniki və elmi-təhsil istiqamətlərinin imkanlarının artırılması üçün həyata keçiriləcək tədbirləri müzakirə ediblər.
Görüşdə Gürcüstanın təhlükəsizlik mühiti, Qara dəniz regionunda cari aktual məsələlər və proseslərin gələcək inkişafı üçün ehtimal olunan ssenarilərə də toxunulub.