Baş nazir kəşfiyyat xidmətinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili kəşfiyyat xidmətinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edir.
Baş nazir “Facebook”da kəşfiyyat xidmətinin istənilən ölkənin təhlükəsizlik sisteminin kilid elementi olduğunu bildirib.
“Gürcüstan Kəşfiyyat Xidmətinin əməkdaşlarını peşə günü münasibətilə təbrik edirəm! Kəşfiyyat xidməti istənilən ölkənin təhlükəsizlik sisteminin kilid elementidir. Bu gün geosiyasi çağırışlar fonunda institutunuzun rolu daha da artıb. Gürcüstanın güclü kəşfiyyat xidmətinə ehtiyacı var. Müvafiq olaraq, sizə institusional inkişaf və tərəqqi arzulayıram.
Sizi əmin edirəm ki, hər birinizin dövlət rifahı naminə fəaliyyəti mənim üçün vacibdir və təqdirəlayiqdir. Kəşfiyyatın həm yeni əməkdaşlarına, həm də təcrübəli mütəxəssislərə uğurlar arzulayıram.
Vətən qarşısında sədaqətinizə və hiss etdiyiniz böyük öhdəlik hissinə görə sizə minnətdarıq! Sizə və Gürcüstana uğurlar arzulayıram!” – deyə baş nazir qeyd edir.