Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili bu gün beynəlxalq standartlara müvafiq yeni – “Axaşeni Ğvinis Kurorti” (Axaşeni şərab kurortu) mehmanxanasını açacaq. Mehmanxana Kaxetidə, Qurcaani rayonunun Axaşeni kəndində yerləşir.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Akhasheni Wine Resort “Gürcüstanda İstehsal Et” dövlət proqramı, DCFTA və Gürcüstan Bankının həmmaliyələşdirməsi ilə tikildi.
Mehmanxana MİM şəxslər üçün tamamilə adaptasiya edilmişdir.
Bununla yanaşı, “Axaşeni Ğvinis Kurorti” yerli və xarici turistlərdə gürcü şərabının qədim, 8 000 illik tarixinin populyarlaşdırılmasını həyata keçirəcək.
Layihənin sərmayə dəyəri 7,5 lmn laridir.