Baş nazir COVİD-19-un idarəedilməsinə qoşulan klinikaların rəhbərləri ilə mehmanxanaların fəal şəkildə istifadə edilməsi və reanimasiya yerlərinin ayrılması üçün bütün resursların mobilizasiyası haqqında müzakirə apardı
Baş nazir COVİD-19-un idarəedilməsinə qoşulan klinikaların rəhbərləri ilə mehmanxanaların fəal şəkildə istifadə edilməsi və reanimasiya yerlərinin ayrılması üçün bütün resursların mobilizasiyası haqqında müzakirə apardı

Gürcüstanda epidemioloji vəziyyətin nəzərə alınması ilə, baş nazir Giorgi Qaxaria Səhiyyə Naziri Ekaterine Tikaradze ilə bərabər,  Covid-19-un idarəedilməsi prosesi ilə bağlı klinikaların rəhbərləri ilə görüşlərə davam edir.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, klinik mehmanxanaların dafa effektiv şəkildə istifadəsi hissəsində, terapiya elementlərinin gücləndirilməsi və reanimasiya yataqları fondunun səfərbər edilməsi kimi məsələlər dövlət başçısının klinika rəhbərləri ilə müzakirə etdiyi mövzular idi.

Əsas diqqət hospital sektorun doldurulmasının prevensiyasına yetirildi ki, xüsusi tibbi servislərlə müalicəyə ehtiyacı olan insanlar klinikalardan kənarda qalmasınlar.

Klinika rəhbərləri qeyd etdilər ki, daha əvvəlki görüşdə səsləndirilən plana müvafiq olaraq, əlavə yataqlar boşaldıldı və terapiya və reanimasiya istiqamətində işlər fəal şəkildə davam edir.

Klinika rəhbərlərinin dəyərləndirilməs ilə, Gürcüstan bu mərhələdə effektiv idarəetmə baxımından Avropanın inkişaf etmiş ölkələrindən geri qalmır.

Baş nazir isə, öz növbəsidə tibb işçilərinə təşəkkür etdi.

Görüşdə qeyd olundu ki, mövcud olan ağır epidemioloji vəziyyətə baxmayaraq, ölkədə vəziyyət nazərətə tabedir.

Həkimlərin dediyinə görə, hazırda əsas diqqət ağır vəziyyətdə olan pasientlərə yetirilir.