Baş nazir, İrakli Ğaribaşvili Türkmənistan prezidenti ilə görüşdü
Baş nazir, İrakli Ğaribaşvili Türkmənistan prezidenti ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun görüşündə Gürcüstan-Türkmənistan əlaqələrinin dərinləşməsi, birgə layihələr, Gürcüstan və Türkmənistanın tranzit potensialı əsas müzakirə mövzusu idi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvili qeyd etdi ki, Gürcüstan Türkmənistanla sıx siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirir. Söhbətdə bölgə nəqliyyat layihələri və onların gələcək inkişafına toxunuldu. Bildiridi ki, bu strateji layihələrin həyata keçirilməsi Asiya ilə Avropa arasında Xəzər və Qara Dənizlər vasitəsilə yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracaq, bununla da ticarət-iqtisadi əlaqələrin genişlənməsinə və bölgələrlararası əlaqələrin inkişafına təkan verəcək.

“Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük sərmayə qoyur və Gürcüstan ərazisindən Qara Dənizə dəhlizdən istifadə Türkmənistan üçün sərfəlidir1, – Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.

Elə onların məlumartına görə, söhbətdə enerji sahəsində strateji tərəfdaşlığa da toxunuldu, mövcud əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirildi.