Baş nazir İrakli Ğaribaşvili ABŞ Senatının konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşüb
Baş nazir İrakli Ğaribaşvili ABŞ Senatının konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Madridə səfəri çərçivəsində, Senatın Xarici Komitəsinin Avropa Alt Komitəsinin sədri, senator Cin Şahin və senator Tom Tilisin rəhbərlik etdiyi ABŞ Senatının konqresmenlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında ümumi dəyərlərə və maraqlara əsaslanan strateji tərəfdaşlığa diqqət yönəldilib. İki ölkənin strateji tərəfdaşlıq sahələrini əhatə edən nailiyyətlərə toxunulub. İki ölkə arasındakı mövcud sıx əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq ifadə olunub.

Görüşdə Gürcüstanın Avropa və Avro-Atlantik istəkləri və ölkənin Avropa İttifaqına tamhüquqlu üzvlük və NATO-ya üzvlük yolunda əldə etdiyi irəliləyişlərə diqqət çəkilib.

Hökumət başçısı, Gürcüstanın Avropa perspektivi ilə bağlı Avropa Komissiyasının rəyinin rəsmi şəkildə tanındığını və bunun da Avropa Komissiyasının tövsiyyəsi ilə Avropa Şurası tərəfindən bir daha təsdiqləndiyini qeyd edib.

Baş nazir senatorlara Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, Avropa və Avro-Atlantik istəklərinə göstərdikləri sarsılmaz dəstəyə görə təşəkkür edib.

ABŞ Konqresinin senatorları : Dik Darbi, Kris Kuns, Roy Blant, Dib Fişer və Coni Ernst baş nazirlə görüşdə iştirak ediblər.