Baş nazir - Gürcüstan əsaslı olaraq, özünü Avropa İnteqrasiya layihəsinin müvəffəqiyyətinin nümunəsi hesab edir
“Bugün Avropa layihəsi 60 yaşında oldu. Bu presedentsiz ideyanın müvəffəqiyyəti, Avropa kontinentinə sülh, sabitlik və firəvanlıq gətirdi, elə ki, onun qonşu ölkələri də bu ümümi layihədə iştirak etmək niyyətini bildirdilər”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili – “Avropa İttifaqı və partnyorlar” adlı beynəlxalq parlament konfransında verdi.
Baş nazirin qeyd etdiyinə görə, bugünki tədbir onunla fərqlənir ki, o bir sahədə, Avropa İttifaqının üzv ölkələrinin və həmçinin “Şərq partnyorluğunun” qanunverici orqanlarının nümayəndələrini və tanınmış mütəxəssislərini birləşdirir.
Onun dediyinə görə, müxtəliflik, təcrübələrin mübadiləsinin paylaşılması və əməkdaşlıq üçün unikal şanslar yaradır və bu da, bugün Avropanın və onun qonşularının üzləşdiyi çağırışlar fonunda çox önəmli bir məsələdir.